Tula vilayətində mobil internet kəsildi


Tula vilayətinin qubernatoru Dmitri Milyaev mayın 21-də günortadan sonra bölgədə mobil internetin müvəqqəti olaraq kəsildiyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, Milyaev bu barədə teleqram kanalında məlumat yayıb.
O qeyd edib ki, Ukraynanın hava hücumları davam etdiyi üçün bu qərar bütün sakinlərin təhlükəsizliyi üçün verilib:
“Təhlükəsizlik hər şeydən əvvəl gəlir. Sizdən xahiş edirəm ki, bu cür tədbirlərə anlayışla yanaşasınız”.
Qurum rəsmisi əlavə edib ki, stasionar internet və Wi-Fi normal işləyir.
Qeyd edək ki, çərşənbə günü səhər saatlarında Lipetsk vilayətinin hakimiyyət orqanları Rusiya hərbçilərinin qərarına istinadən mobil internetin kəsilməsi barədə məlumat verib. Moskva, Vladimir və mərkəzi Rusiyanın digər bölgələrində də mobil rabitənin nasazlığı ilə bağlı şikayətlər olub.

DİGƏR XƏBƏRLƏR

Top