“3+3” formatında üçüncü görüş hazırlanır” – Ermənistan və Azərbaycanda keçirilə bilər


“3+3” regional əməkdaşlıq platforması çərçivəsində ölkələrin nümayəndələrinin üçüncü görüşü hazırlanır.
Yeniavaz.com
Ermənistan KİV-ə istinadla xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında məlumat verib.
“Biz Cənubi Qafqaz ölkələrini və onların yaxın qonşularını (Rusiya, İran və Türkiyə) təmsil edən “3+3” platformasında regional əməkdaşlığın inkişafında böyük potensial görürük”, - Lavrov bildirib.
Daha sonra o, üçüncü görüşün Ermənistan və Azərbaycan ərazisində keçirilməsini təklif edib.
"Biz üçüncü görüşün keçiriləcəyi yer barədə müzakirə apardıq. Hesab edirəm ki, bu tədbirə ev sahibliyi etmək istəyən Ermənistan və Azərbaycan öz aralarında razılığa gələ bilər. Biz buna kömək etməyə hazırıq. İclasların ardıcıllığına gəlincə, növbəti iki tədbirin Ermənistan və Azərbaycanın paytaxtlarında keçirilməsinin tərəfdarıyıq", - o qeyd edib.
Onun sözlərinə görə, Tehran və İstanbulda keçirilən görüşlərdə bu platformanın gələcəyi ilə bağlı müəyyən nikbinliyə nail olmaq mümkün olub.

DİGƏR XƏBƏRLƏR

Top