
Avropa İttifaqı (Aİ) “Azadlıq” radiosunu maliyyələşdirmək və onun yayımını dəstəkləmək üçün büdcəsindən 5,5 milyon avro ayırıb.
Yeniavaz.com xəbər verir ki, bunu Aİ diplomatik xidmətinin rəhbəri Kaya Kallas Aİ xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
“Aİ “Azadlıq” radiosunun Aİ-nin qonşu ölkələrində, eləcə də Şimali Qafqaz və Mərkəzi Asiyada fəaliyyətini davam etdirməsini təmin etmək öhdəliyinə sadiqdir”, - o deyib.
Kallas qeyd edib ki, bu, qısamüddətli maliyyələşdirmədir və indi Aİ ölkələri uzunmüddətli maliyyələşmə ilə bağlı öz aralarında razılığa gəlməlidirlər.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp və onun müşaviri, həmçinin əsas donor milyarder İlon Mask əvvəllər dəfələrlə “Amerikanın Səsi” və “Azadlıq” radiosunu tənqid edərək, onları “solçuluqda”, “antiamerikan mövqedə” və maliyyə vəsaitlərindən sui-istifadədə ittiham ediblər. Martın 15-də Tramp 7 dövlət qurumunun, o cümlədən dövlət tərəfindən maliyyələşdirilən “Amerikanın səsi” və “Azadlıq” radiosu media orqanlarının fəaliyyətini koordinasiya edən qurumun işini dayandıran sərəncam imzalayıb.