Putin-Tramp danışıqları Ukraynanın Qərb müttəfiqlərini məyus etdi


ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı Ukrayna və onun Qərb müttəfiqlərini məyus edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə mənbələrə istinadla “Reuters” agentliyi məlumat yayıb.
“Tramp Avropa liderləri ilə ya qeyd-şərtsiz atəşkəs, ya da təklifdən heç bir nəticə olmadığı təqdirdə sanksiyalar nəzərdə tutan yanaşmaya razılaşıb. Ancaq indi o, Putinlə söhbətindən sonra bu fikrindən əl çəkib. Görünür, onu Ukrayna maraqlandırmır”, - deyə mənbə bildirib.
Agentlik qeyd edir ki, eyni zamanda, Avropa Trampın yenidən öz nöqteyi-nəzərini dəyişməsinin mümkünlüyünə inanır.

DİGƏR XƏBƏRLƏR

Top