“Real Madrid”in qapıçısı “Qalatasaray”a keçə bilər


“Real Madrid”in ukraynalı qapıçısı Andriy Lunin “Aston Villa” və ya “Qalatasaray”a keçə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Defensa Central” məlumat yayıb.
Mənbənin məlumatına görə, 26 yaşlı ukraynalının agenti Xorxe Mendeş Madrid klubuna qapıçı üçün iki təklif barədə məlumat verib:
“İngiltərə və Türkiyə klubları ukraynalı ilə müqavilə imzalamaq və ona Madrid klubunda olduğundan daha yaxşı şərtlər təklif etmək istəyir.
“Real Madrid”ə rəhbərlik edəcəyi ilə bağlı xəbərlər yayılan Xabi Alonsoya artıq bu vəziyyətlə bağlı məlumat verilib. İspan çalışdırıcı ukraynalının klubda qalmasının tərəfdarıdır.
İndi mümkün transferlə bağlı bütün qərarlar 2025-ci il iyunun 15-dən iyulun 13-dək ABŞ-də keçiriləcək Klublararası Dünya Çempionatının sonuna qədər təxirə salınacaq. Lakin “Real” aydın şəkildə bildirib ki, Lunin getmək istəsə, klub ona buna mane olmayacaq”.
Qeyd edək ki, ukraynalının “qaymaqlılar”la hazırkı müqaviləsi 2030-cu ilin yayına kimi nəzərdə tutulub.

DİGƏR XƏBƏRLƏR

Top