
““Real Madrid” gələn mövsüm başlamazdan əvvəl bir ulduz futbolçu ilə müqavilə imzalamağı planlaşdırır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist Xoakin Maroto məlumat yayıb.
Mənbənin sözlərinə görə, “qaymaqlılar” klublararası dünya çempionatından sonra adı hələ açıqlanmayan ulduz futbolçunu yayda heyətinə qatmaq niyyətindədir. Futbolçunun qiymətinin 100 milyon avronu keçəcəyi də qeyd edilir.
Xatırladaq ki, bu mövsüm “Real Madrid” 37 turdan sonra La Liqanın turnir cədvəlində ikinci yerdədir.