İsrail HƏMAS-ın raket komandirini zərərsizləşdirdi


İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının şimalında HƏMAS raket qüvvələrinin komandirini zərərsizləşdirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
“IDF Qəzza zolağının şimalında HƏMAS-ın raket komandiri Moataz Dibi zərərsizləşdirib”, - mətbuat xidməti bildirib.
Məlumata görə, o, İsrail təyyarələrinə hücumların təşkil edilməsinə və mülki İsrail sakinlərini öldürməyə yönəlmiş pilotsuz uçuş aparatlarının buraxılmasına rəhbərlik edib.
Mətbuat xidməti əlavə edib ki, Dib mayın 17-də zərərsizləşdirilib.

DİGƏR XƏBƏRLƏR

Top