BMU 259 min manatlıq aviabiletlər alır


Bakı Mühəndislik Universiteti (BMU) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
 xəbər verir ki, tender müsabiqəsinin qalibi “Holiday in Azerbaijan” MMC  (VÖEN – 1702056131) olub.
“Holiday in Azerbaijan” MMC BMU-nun sifarişi əsasında 198 nəfər üçün aviabilet satın alacaq. Satın alınacaq aviabiletlərin ümumi dəyəri 259 min 380 manat (bir ədəd aviabilet 1 310 manat) olacaq.
Qeyd edək ki, aviabiletlərin 83-ü 21 iyun 2025-ci il tarixi üçün Seul (Koreya)-Bakı aviareysinə, 115-i isə 16 avqust 2025-ci il tarixi üçün Bakı-Seul aviareysinə alınacaq.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top