Yurgen Klopp “Roma”ya rəhbərlik edəcək – KİV


“Liverpul”un keçmiş baş məşqçisi Yurgen Klopp “Roma”nın baş məşqçisi olmaq qərarına gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “La Stampa” nəşri məlumat yayıb.
Məlumata görə, mütəxəssis mayın 18-də “Roma”nın təklifini qəbul edib.
Qeyd edək ki, mövsümün bitməsinə bir tur qalmış Klaudio Ranyerinin rəhbərliyi altında “Roma” İtaliya çempionatının turnir cədvəlində altıncı pillədə qərarlaşıb. Mövsümün sonunda Ranyeri İtaliya klubunun baş məşqçi postunu tərk edəcək.
Xatırladaq ki, Kloppun baş məşqçi kimi son klubu 2015-2024-cü illərdə rəhbərlik etdiyi “Liverpul” olub. 2025-ci il yanvarın 1-dən mütəxəssis “Red Bull”un qlobal idman rəhbəri vəzifəsini icra etməyə başlayıb. Yurgen Klopp “Liverpul”la Premyer Liqa və Çempionlar Liqasının qalibi olub.

DİGƏR XƏBƏRLƏR

Top