
Qəzza zolağında döyüşlər zamanı İsrail ordusunun daha bir əsgəri həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 401-ci “Dəmir izlər” zirehli briqadasının döyüş mühəndisliyi batalyonunda xidmət edən 22 yaşlı serjant Yosef Yehuda Hirak öldürülüb.
Onun Qəzza zolağının şimal hissəsində gedən döyüş zamanı həlak olduğu qeyd edilir.
Bu, İsrail ordusunun mayın 18-də “Gideonun arabaları” adlı yeni genişmiqyaslı quru əməliyyatı çərçivəsində hərbi əməliyyatların başlanmasından sonra ilk itkisidir.