“Tramp Qrenlandiyanın ABŞ-yə qoşulmasından imtina etmir” – Ağ Ev


“ABŞ Prezidenti Donald Tramp istənilən vasitə ilə Qrenlandiyanın Birləşmiş Ştatlara birləşdirilməsinin zəruriliyi ideyasına sadiq qalmaqda davam edir”.
Yeniavaz.com
xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Ağ Evin mətbuat katibi Karolin Levitt təsdiqləyib.
“Lakin prezident Tramp Qrenlandiyanın Arktikadakı strateji məqsədlərinə sadiq qalır. Və o, regionda milli təhlükəsizlik maraqlarımızı inkişaf etdirmək üçün hər vasitə ilə Qrenlandiyanı əldə etməyə sadiq qalır”, - ABŞ liderinin sözçüsü bildirib.
Qeyd edək ki, Tramp dəfələrlə bəyan edib ki, Danimarkanın tərkibində muxtar bölgə olan Qrenlandiya ABŞ-yə qoşulmalıdır. Adanın müstəqilliyi məsələsi bu ilin martında Qrenlandiyada keçirilən parlament seçkilərində əsas məsələlərdən birinə çevrilib. Rəy sorğuları göstərir ki, Qrenlandiyalıların əksəriyyəti bunu bəyənir, lakin onlar ayrılığın nə vaxt və necə baş verəcəyinə hələ qərar verməyiblər. Bununla belə, yanvar ayında keçirilən sorğu göstərib ki, əhalinin yalnız 6%-i ABŞ-yə qoşulmağı dəstəkləyir.

DİGƏR XƏBƏRLƏR

Top