Flikin müqaviləsi 2027-ci ilə qədər uzadıldı


“Barcelona”nın prezidenti Joan Laporta baş məşqçi Hans-Diter Fliklə əmək müqaviləsini 2027-ci ilin yayına qədər uzatmaq barədə razılığa gəldiyini təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə prezident "La Vanguardia”ya müsahibəsində danışıb.
“Yanvarda Flikin müqaviləsini bir il müddətinə, 2027-ci ilə qədər uzadacağına dair razılığa gəldik. Bu müqaviləni rəsmiləşdirməmişik, lakin Hansi sözünün adamıdır. O, Almaniya millisi ilə müqavilə bağladığı üçün “Barsa”nı idarə edə bilməyəcəyini deyərkən bunu daha öncə sübut etdi. Amma o vaxt da düşünürdüm ki, bir gün o, “Barca”nı çalışdıracaq”, - Laporta deyib.
Qeyd edək ki, alman mütəxəssisin hazırkı müqaviləsi 2025/2026 mövsümünün sonuna kimidir.

DİGƏR XƏBƏRLƏR

Top