
Ticarət zamanı “Bitcoin”in qiyməti 24 yanvar 2025-ci ildən bəri ilk dəfə olaraq 107 min dollardan yuxarı qalxıb.
Yeniavaz.com xəbər verir ki, bunu “Binance” platformasının məlumatları göstərir.
Belə ki, Bakı vaxtı ilə saat 04:08-ə olan məlumata görə, “Bitcoin” 3,88% bahalaşıb və dəyəri 107,108 min dollar təşkil edib.
Saat 14:50-də kriptovalyutanın qiyməti azalmağa başladı və 102,935 min dollar (-0,87%) səviyyəsində ticarət edildi.