
Azərbaycan və Ermənistan liderləri yaxın vaxtlarda görüşə bilər.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, Ermənistan Parlamentinin spikeri Alen Simonyan belə bir ehtimalı istisna etməyib.
Simonyanın qeyd etdiyi kimi, tərəflər sülh prosesinin müzakirəsini davam etdirmək barədə razılığa gəliblər.
Siyasətçi jurnalistlərə bildirib ki, bu müzakirələr iki ölkənin dövlət başçıları və xarici işlər nazirlikləri səviyyəsində davam edə bilər.
O əlavə edib ki, proseslər sülh müqaviləsinin imzalanma yerini və vaxtını müəyyən etməyə yönəlib.
Qeyd edək ki, Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanın sonuncu görüşü mayın 16-da Tiranada Avropa siyasi ictimaiyyətinin sammiti çərçivəsində baş tutub.