
Bu ilin ilk 3 ayı ərzində Azərbaycana xarici ölkələrdən 16 min 845,6 ton banan gətirilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin ilk eyni dövrü ilə müqayisədə banan idxalı 3,5% və ya 614 ton azalıb.
Yanvar-mart aylarında idxal olunan bananın 1 kiloqramının gömrük dəyəri 1 manat 54 qəpik (90 sent) təşkil edib. Ötən ilin eyni dövründə idxal olunan bananın 1 kiloqramının gömrük dəyəri isə 1 manat 34 qəpik (78,5 sent) təşkil edib. Açıqlanan məlumatlardan da göründüyü kimi, son bir ildə idxal edilən bananın gömrük dəyəri 15% və ya 20 qəpik artıb.
Qeyd edək ki, marketlərdə satılan bananın da qiyməti aprel ayında 20 qəpik artıb. Belə ki, mart ayında 3 manata satılan bananın qiyməti apreldə 3 manat 20 qəpiyə yüksəlib.
Məlumat üçün bildirək ki, ixdal olunan bananın 98,4%-i və ya 16 min 581 tonu Ekvadordan, 1,4%-i və ya 240 tonu isə Kosta-Rikadan gətirilib.
Elnur Əli