Sarımsaq Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? – Marketlərdə 3,2 dəfə baha satılır


Bu ilin ilk 3 ayında Azərbaycana xarici ölkələrdən 474,8 ton sarımsaq gətirilib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan sarımsağın 1 kiloqramının orta gömrük dəyəri 2 manat 27 qəpik (1,33 dollar) təşkil edib.
Məlumat üçün bildirək ki, ixdal olunan sarımsaq Azərbaycana əsasən aşağıdakı ölkələrdən gətirilib:
Çin – 380,5 ton (1 kiloqramının orta gömrük dəyəri 2 manat 20 qəpik);
Misir – 55 ton (2 manat 20 qəpik);
İran – 35,9 ton (2 manat 24 qəpik);
Rusiya – 3,4 ton (4 manat 34 qəpik).

Qeyd edək ki, bu ilin aprel ayında idxal olunan sarımsağın 1 kiloqramının marketlərdə orta satış qiyməti 7,2 manat təşkil edib. Açıqlanan rəqəmlərdən də göründüyü kimi, sarımsaq marketlərdə gömrük dəyərindən 3,2 dəfə baha satılır.
Onu da qeyd edək ki, bu ilin ilk 3 ayında Azərbaycandan Səudiyyə Ərəbistanına da 170 kiloqram sarımsaq aparılıb. Səudiyyə Ərəbistanına aparılan sarımsağın 1 kiloqramının orta gömrük dəyəri 38 manat 30 qəpik (22,5 dollar) təşkil edib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top