Zelenski və Vens Ağ Evdəki qalmaqaldan sonra ilk dəfə görüşdü


Ukrayna Prezidenti Volodimir Zelenski Papa XIV Leonun Vatikanda keçirilən andiçmə mərasimində ABŞ-nin vitse-prezidenti Ceyms Devid Venslə görüşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Mediada Zelenski ilə Vensin bir-birinin əlini sıxdığı foto yayılıb.
Zelenski Venclə birlikdə Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin yanında oturub.
Qeyd edək ki, Zelenski və Vens sonuncu dəfə fevral ayında Ağ Evdə görüşmüşdülər. O zaman Ukrayna müharibəsi ilə bağlı onlar arasında mübahisə yaranmışdı. Həmin görüşdə ABŞ Prezidenti Donald Tram da iştirak etmişdi.
Xatırladaq ki, ötən ay Zelenski ABŞ Prezidenti Donald Trampla da Vatikanda Papa I Fransiskin dəfn mərasimində görüşmüşdü.

DİGƏR XƏBƏRLƏR

Top