Meksika gəmisi Bruklin köprüsü ilə toqquşdu – Video


Meksika donanmasının təxminən 200 nəfəri daşıyan yelkənli gəmisi Nyu-Yorkda Bruklin körpüsü ilə toqquşub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “New York Post” qəzeti məlumat yayıb.  
Məlumata görə, şənbə günü axşam Meksika Hərbi Dəniz Qüvvələrinin yelkənli “Kuautemok” təlim gəmisinin dirəklərindən biri Bruklin körpüsünə çırpılıb. Daha sonra sınan dirək gəminin göyərtəsini deşib.
Nəşrin məlumatına görə, hadisə nəticəsində 2 nəfər ölüb, 17 nəfər yaralanıb.
Qəzet yazır ki, hadisə nəticəsində zərərçəkənlərin 4-nün vəziyyəti ağırdır.
İlkin məlumata görə, gəminin  göyərtəsində 277 nəfər olub.
Hazırda təcili yardım xidmətləri dənizə düşənlərin olub-olmadığını yoxlayır.
Meksika Hərbi Dəniz Qüvvələri gəminin təlim missiyasını davam etdirə bilməyəcəyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top