
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 17,7% artaraq 764 milyon manat olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,1%-i hüquqi şəxslərin, 48,9%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.
Hüquqi şəxslər üzrə dövriyyə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 17,6%z artaraq 386,6 milyon manat olub.