Türkiyə Liviyadan 82 vətəndaşını təxliyə edib


Türkiyə paytaxt Tripolidə silahlı qruplar arasında baş verən toqquşmalardan sonra 82 vətəndaşını Liviyadan təxliyə edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə AFP-yə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.
Qeyd olunub ki, vətəndaşların ölkəyə qayıtmasına köməklik edilib və onlar evlərinə dönüblər.
Bu addım, Türkiyə səfirliyinin Misrata limanından İstanbula uçuş təşkil edəcəyini elan etməsindən bir gün sonra atılıb.
Tripolidən təxminən 200 km şərqdə yerləşən bu limandan uçuş üçün paytaxtdan avtobuslarla daşınma təmin edilib.
Nazirlik təxliyə olunan şəxslərlə bağlı ətraflı məlumat verməyib və əlavə reyslərin olub-olmayacağı da açıqlanmayıb.
Tripolidə baş verən qarşıdurmalarda BMT-nin məlumatına görə, azı səkkiz mülki şəxs həlak olub.

DİGƏR XƏBƏRLƏR

Top