“Türk xalqı qədər cahil toplum yoxdur” deyən Cəlal Şengör həbs oluna bilər


İstanbulun Beykoz rayon prokurorluğu tanınmış geoloq Cəlal Şengör barəsində 6 aydan 2 ilə qədər həbs cəzası tələb edən iddianamə hazırlayıb.
Yeniavaz.com
"Habertürk"ə istinadən xəbər verir ki, Şengör "Türk millətini ictimai təhqir" maddəsi ilə ittiham olunur.
Bildirilir ki, prokurorluğun iddiasına səbəb onun bu sözləri olub:
“Türkiyə dünyada sivilizasiyadan ən ibtidai bir ölkədir. Mən bunu görmüşəm. Türk xalqı qədər cahil, əxlaq anlayışından məhrum bir toplum yoxdur. Bu gün bir Anadolu türkünün orta IQ göstəricisi 86-dır. Normal insanın IQ-su isə 90-dır”.
İstintaq zamanı ifadə verən Şengör bildirib ki, bu sözləri təhqir məqsədi ilə deyil, elmi məlumatlara əsaslanaraq söyləyib.
Hazırda məhkəmənin iddianaməni qəbul edib-etməyəcəyi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top