
Yeniavaz.com xəbər verir ki, bu barədə “Times of India” qəzeti hərbi dairələrdəki mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, bu məqsədə çatmaq üçün ən qısa müddətdə 1000-dən çox hava hücumundan müdafiə sistemi və 750 qısa və orta mənzilli yer-hava raket sistemi yerləşdirilib və səfərbər edilib.
Xatırladaq ki, Hindistan-Pakistan münasibətləri aprelin 22-də Pahalqamda (Hindistan birliyinin Cammu və Kəşmir ərazisi) terror aktından sonra pisləşib. Mayın 7-nə keçən gecə Hindistan Silahlı Qüvvələri Pakistan və Pakistanın nəzarətində olan Kəşmirdə terrorçularla əlaqəli doqquz hədəfi vuraraq “Sindur” əməliyyatına başlayıb. Pakistan cavab zərbəsi endirib. Mayın 10-da tərəflər atəşkəs barədə razılığa gəlib və sərhəddə qoşunların sayının azaldılması imkanlarını nəzərdən keçiriblər.