
“Sənətçilər “terrorsuz Türkiyə istəmirlər” deyə siyahı hazırlayıblar. Mənim adımı siyahıya salaraq, məni hədəfə çeviriblər... Mən “hamımız qardaşıq” deyəndə siz harada dayandığınızı belə bilmirdiniz. O vaxtlar hər sahədə danışmağa çalışırdıq ki, bu ölkədə insanlar ölməsin, analar ağlamasın. Amma bu ölkədə terrordan da böyük problemi var...”
Yeniavaz.com xəbər verir ki, bu barədə müğənni və rejissor Mahsun Kırmızıgül paylaşım edib.
Kırmızıgül qeyd edib ki, korrupsiya terrordan on dəfə təhlükəlidir:
“Bu ölkədə korrupsiyaya vətəndaş qarşıdurmasına xərclənən vəsaitdən üç dəfə çox pul xərclənib. Uşağa təcavüz edənlə bu xalqın çörəyini, gələcəyini oğurlayan oğru arasında fərq yoxdur. İstənilən korrupsioner siyasətçi və ya hər kəs ən böyük terrorçudur. Əsl korrupsionerlərin ucbatından ölkənin 40 ildə necə dərin yoxsulluğa düşdüyünü görməlisiniz. Çölə çıxın və insanlara baxın. Bu gün təqaüdçülər həyatda qalmaq üçün mübarizə aparırlar. Professorun, hakimin, prokurorun, həkimin, müəllimin, əsgərin, məmurun, fəhlənin maaşı ürək ağrıdır. Amma bir ovuc oğru hələ də açıq şəkildə bu ölkənin sərvətlərini oğurlayıb yeyir. Bu ölkəyə sülh gəlsə belə, nə qədər ki, bu qədər korrupsiya, ədalətsizlik var, bu ölkə heç vaxt çiçəklənməyəcək. Korrupsiya terrorizmə bərabərdir”.