“İstanbul danışıqları Rusiyanın taktiki qələbəsi oldu” – NYT


“Ukrayna nizamlanması üzrə İstanbulda aparılan danışıqlar Rusiya rəhbərliyinin taktiki qələbəsi ilə yadda qalıb”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Nəşr qeyd edir ki, danışıqlardan ciddi irəliləyişlər gözlənilmirdi:
“Görüşün özü Rusiya Prezidenti Vladimir Putinin taktiki qələbəsini qeyd edib. Belə ki, danışıqlar Ukrayna və onun demək olar ki, bütün Qərb himayədarlarının israr etdiyi atəşkəs haqqında razılaşma olmadan keçib”. 
Qəzet onu da qeyd edir ki, Tramp administrasiyasında sülh yolunda hər hansı irəliləyiş əldə edə bilməməsi ilə bağlı məyusluq artıb. Ağ Ev rəhbəri həftənin əvvəlində danışıqlar aparmaq ideyasını təşviq etsə də, cümə axşamı gözləntiləri aşağı saldı və Putinlə şəxsi görüş olmadan əhəmiyyətli bir şeyin olmayacağınıbaşa düşüb. Tramp bildirib ki, o, Rusiya lideri ilə telefon danışığı aparmağı və daha sonra onunla bu, təşkil olunan kimi görüşməyi planlaşdırır.

DİGƏR XƏBƏRLƏR

Top