“Barselona”nın futbolçusu Messinin rekordunu qırdı


Futbolçu Pedri, İspaniya çempionatında “Espanyol”la matçda meydana çıxaraq, “Barselona”nın heyətində 200 oyun keçirən ən gənc oyunçu olub.
Yeniavaz.com
xəbər verir ki, Pedri 22 yaş və 171 gün ərzində klubda 200-cü oyununu keçirib.
O, bu göstəriciyə görə Lionel Messinin rekordunu (22 il 273 gün) yeniləyib.
Qeyd edək ki, “Barselona” “Espanyol”u 2:0 hesabı ilə məğlub edib. 53-cü dəqiqədə ilk qolu 17 yaşlı Lamin Yamal, 90+5-ci dəqiqədə isə Fermin Lopez onun ötürməsi ilə kataloniyalıların mövsümə möhtəşəm son qoyub.

DİGƏR XƏBƏRLƏR

Top