
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefon danışığı apara biləcəyini bildirib.
Yeniavaz.com CNN telekanalına istinadla xəbər verir ki, Tramp bu barədə rusiyalı həmkarına zəng etməyi planlaşdırıb-planlaşdırmadığı barədə suala cavab olaraq bildirib.
O, Birləşmiş Ərəb Əmirliklərindən ABŞ-yə yola düşərkən təyyarəsində jurnalistlərə “Bəli, bu, mümkündür”, - deyə qeyd edib.