
Təbrizin “Traktor” klubu İran çempionu adını rəsmiləşdirib.
Yeniavaz.com İRNA agentliyinə istinadla xəbər verir ki, ölkə Premyer Liqasının 30-cu turunda “Traktor Təbriz” “İstiqlal Xuzistan” futbol komandası ilə qarşılaşıb.
Cümə axşamı axşam saatlarında Əhvazdakı “Qədir” stadionunda keçirilən oyun “Traktor”un 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbə ilə “Traktor” klubun 68 xal toplayıb və 24-cü İran Premyer Liqasının (Fars Körfəzi Kuboku) çempionluq kubokunu başı üzərinə qaldırıb.
Təbriz təmsilçisi medallarını əzəli rəqibi “İstiqlal”ın meydanında alıb.
Digər tərəfdən, komandanın kubok alması Təbrizdə böyük təntənə ilə qeyd edilib. Minlərlə insan küçələrə axışaraq klubun çempionluğu bayram edib.








