
Ukrayna Prezidenti Volodimir Zelenski ədalətli və davamlı sülhə nail olmaq üçün İstanbulda Rusiya ilə danışıqlar aparacaq ölkənin nümayəndə heyətinin tərkibini təsdiqləyib.
Yeniavaz.com xəbər verir ki, müvafiq fərman Ukrayna liderinin saytında dərc olunub.
Nümayəndə heyətinə, əvvəlcədən elan olunduğu kimi, müdafiə naziri Rustem Umerov rəhbərlik edəcək. Həmçinin ölkəni təmsil edəcəklər:
- Serhiy Kislytsya – Ukrayna Xarici İşlər Nazirinin birinci müavini;
- Aleksandr Poklad – UTX (Ukrayna Təhlükəsizlik Xidməti) sədrinin müavini;
- Oleq Luqovskoy - Xarici Kəşfiyyat Xidməti sədrinin birinci müavini;
- Aleksey Şevçenko – Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini;
- Vadim Skibitski - Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini;
- Yevgeni Şinkarev - Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələri Komandanlığının Baş Qərargah rəisinin müavini;
- Aleksandr Dyakov - Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri Komandanlığının Baş Qərargah rəisinin müavini;
- Aleksey Malovatski – Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Mərkəzi Hüquq İdarəsinin beynəlxalq və əməliyyat hüququ şöbəsinin rəisi;
- Aleksandr Şerixov - Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin yüksək vəzifəli zabiti;
- Georgi Kuzmiçev - Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aparatının Rəsmi Fəaliyyətə Dəstək İdarəsinin protokol zabiti;
- Aleksandr Bevz – Prezident Aparatı rəhbərinin müşaviri.
Sənəddə deyilir ki, nümayəndə heyətinin rəhbəri onun tərkibində dəyişiklik edə bilər.
Qeyd edək ki, 2022-ci ildən bəri İstanbulda Rusiya və Ukrayna arasında ilk birbaşa danışıqlar mayın 15-nə planlaşdırılıb.
Görüşdə iki ölkənin prezidentləri Vladimir Putin və Volodimir Zelenskinin iştirak edə biləcəyi gözlənilirdi. Putin Türkiyəyə getmədikdən sonra Zelenski də danışıqlarda iştirakdan imtina edib.
Ölkələri Rusiya prezidentinin köməkçisi Vladimir Medinski və Ukraynanın müdafiə naziri Rustem Umerovun rəhbərlik etdiyi nümayəndə heyətləri təmsil edəcək. Rusiya və Ukrayna mətbuatının məlumatına görə, danışıqlar mayın 16-da baş tutacaq.