
Yaponiyanın “Sony” şirkəti ABŞ Prezidenti Donald Tramp administrasiyası tərəfindən tətbiq edilən yeni tariflərə cavab vermək üçün öz variantlarını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, “The Verge” buna diqqət çəkib.
Maliyyə hesabatı zamanı “Sony” yüksək tariflərin korporasiyanın fəaliyyətinə təsir edəcəyini bildirib. Onların təsirini azaltmaq üçün İT nəhəngi öz konsollarında qiymətləri qaldıra və bununla da xərclərin bir hissəsini istehlakçılara ötürə bilər. Qeyd edilib ki, aprelin ortalarında Avropa, Britaniya, Avstraliya və Yeni Zelandiyada bəzi “PlayStation” konsolları artıq bahalaşıb.
Şirkətin maliyə direktoru Lin Tao “Sony”nin “PlayStation” istehsalını ABŞ-yə köçürməyi düşündüyünü deyib. Korporasiyanın baş direktoru Hiroki Totoki qeyd edib ki, PS ABŞ-də yerli istehsal oluna bilər və şirkət gələcəkdə bu imkanı nəzərdən keçirəcək. Hazırda İT nəhəngi konsollarının çoxunu Çində istehsal edir.
Qeyd edək ki, şirkət maliyyə ilinin ilk 12 ayında 18,5 milyon konsol tədarük etdiyini deyib. Müqayisə üçün qeyd edək ki, o, keçən il 20,8 milyon “PlayStation” vahidi göndərməyi bacarıb. Bu, PS5-in ümumi tədarükünü təxminən 77,7 milyon konsola çatdırır.