
“İsrail hərbçiləri Qəzza zolağında HƏMAS hərəkatının əsas maliyyəçilərindən birini öldürüb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hədəfi Jaser Hussein Ali Şamiyə olan xüsusi əməliyyat bir həftə əvvəl Qəzza şəhərində İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilib. İsrail hərbçilərinin sözlərinə görə, o, HƏMAS-ın hərbi qanadı üçün vəsait toplamaqdan məsul olub və əvvəllər HƏMAS-ın Qəzza briqadasında batalyon komandiri olub:
“Müharibənin əvvəlindən Şamiyə HƏMAS-ın hərbi qanadına on milyonlarla dolların köçürülməsinə cavabdeh olub. Bu vəsait hərbi qanadın gücləndirilməsi, HƏMAS terrorçularına maaşların ödənilməsi və bütövlükdə terror təşkilatının maliyyələşdirilməsi üçün istifadə edilib. Bundan əlavə, bu, hərbi əməliyyatların davam etdirilməsinə və Qəzzanın şimalında HƏMAS briqadalarının mövcudluğunun saxlanmasına imkan verib”.