
ABŞ F-55 qırıcıları istehsal etməyi planlaşdırılır.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Qətərdəki Əl-Udeyd ABŞ hərbi bazasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, F-35 qırıcıları modernləşdirələcək və yeni model F-55 adlandırılacaq.
Amerika liderinin sözlərinə görə, yeni qırıcı iki mühərrikli olacaq.
Qeyd edək ki, bundan əvvəl Tramp NGAD (Next-Generation Air Dominance) proqramı çərçivəsində yeni nəsil F-47 qırıcısının hazırlandığını bildirib. ABŞ Prezidenti vurğulayıb ki, yeni nəsil qırıcının hazırlanması uzun müddətdir ki, davam edir və artıq beş ildir ki, eksperimental modelin sınaq uçuşları həyata keçirilir. O, yeni qırıcının öz imkanlarına görə hazırda digər ölkələrlə xidmətdə olan təyyarələrdən əhəmiyyətli dərəcədə üstün olacağına əmin olduğunu bildirib.