Mourinyo Portuqaliya millisi ilə ilkin müqavilə imzaladı


Türkiyənin “Fənərbaxça” klubuna başçılıq edən Joze Mourinyo milli komandaya baş məşqçi təyin olunması ilə bağlı Portuqaliya Futbol Federasiyası (FPF) ilə ilkin razılığa gəlib.
Yeniavaz.com
xəbər verir ki. bu barədə “HT Spor” portalı məlumat yayıb.
Portalın məlumatına görə, Mourinyo Millətlər Liqasının pley-off mərhələsini başa vurduqdan sonra Portuqaliya millisinə rəhbərlik edə bilər.
Portuqaliyalılar turnirin yarımfinal matçını iyunun 4-də Almaniya yığmasına qarşı keçirəcək. Yarışın finalı isə iyunun 8-də baş tutacaq.
Qeyd edək ki, Portuqaliya millisinə hazırda Roberto Martines başçılıq edir. Xatırladaq ki, Mourinyo ötən ilin yayından “Fənərbağça” klubuna rəhbərlik edir və hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Mourinyo məşqçilik karyerası ərzində Portuqaliyanın “Portu” (2002-2004), İtaliyanın “İnter” (2008-2010), İngiltərənin “Çelsi” (2004-2007, 2013-2015), “Mançester Yunayted” (2016-2018) və “Tottenhem” (2011202-ci illər), İspaniyanın “Real” (2011202) klublarına da rəhbərlik edib.
62 yaşlı portuqaliyalı mütəxəssis heç vaxt milli komandalarla işləməyib.

DİGƏR XƏBƏRLƏR

Top