Moskva birjası İstanbul danışıqlarına mənfi reaksiya verib


Moskva birjasının indeksi Rusiya və Ukrayna arasında İstanbulda danışıqların başlaması ərəfəsində 2,5% ucuzlaşıb.
Yeniavaz.com
“Forbes” nəşrinə istinadən xəbər verir ki, analitiklər bu düşüşü Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbulda planlaşdırılan danışıqlarına bazarın emosional reaksiyası kimi qiymətləndirirlər.
Ekspertlər qeyd edib ki, eniş bazarın Rusiya nümayəndə heyətinin tərkibinə kəskin reaksiyasından qaynaqlanıb. Bildirilir ki, danışıqlarda Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək. Heyətə həmçinin xarici işlər nazirinin müavini Mixail Qaluzin, Silahlı Qüvvələrin Baş Qərargahının Baş İdarəsinin rəhbəri İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin daxildir.
Ekspertlərin fikrincə, bazar daha fərqli bir heyət gözlədiyindən, məlum tərkib fond birjalarında dəyişkənliyi artırıb və satışlar emosional xarakter alıb.
Bildirilib ki, hazırda Rusiya bazarında əhval-ruhiyyə “orta dərəcədə mənfidir” və bazarın gələcək dinamikası İstanbul danışıqlarının nəticələrindən birbaşa asılı olacaq.

Elnur Əli 

DİGƏR XƏBƏRLƏR

Top