Son 6 ildə Azərbaycanda 109 kişi məişət zorakılığının qurbanı olub – Siyahı


Ötən il Azərbaycanda məişət zorakılığı ilə bağlı 1 451 cinayət qeydə alınıb.
Yeniavaz.com 
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, məişət zorakılığı ilə bağlı qeydə alınan cinayətlər zamanı 1 471 nəfər zərər çəkib və zərərçəkmiş şəxslərin 49-u ölüb.
Qeyd edək ki, məişət zorakılığı ilə bağlı qeydə alınan cinayətlər zamanı zərər çəkən şəxslərin 243-ü kişi olub və onlardan 20 nəfəri ölüb.
Son 6 ildə Azərbaycanda məişət zorakılığına məruz qalan kişilərin ümumi sayı və onlardan ölənlərin sayı aşağıdakı kimi olub:
2024-cü ildə - 243 nəfər (20 nəfər ölüb)
2023-cü ildə - 289 nəfər (25 nəfər ölüb)
2022-ci ildə - 279 nəfər (17 nəfər ölüb)
2021-ci ildə - 331 nəfər (18 nəfər ölüb)
2020-ci ildə - 313 nəfər (18 nəfər ölüb)
2019-cu ildə - 320 nəfər (11 nəfər ölüb)


Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top