Danışıqlar Dolmabağça sarayında keçiriləcək


İstanbulda Ukrayna ilə bağlı birbaşa danışıqlar Türkiyə Prezidentinin Dolmabağça sarayındakı iş kabinetində baş tutacaq.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, görüş mətbuat üçün bağlı qapılar arxasında keçiriləcək.
Danışıqlar Bakı vaxtı ilə 11:00-da başlayacaq.
Rusiya nümayəndə heyətinə, 2022-ci ildə olduğu kimi, Rusiya prezidentinin köməkçisi Vladimir Medinski başçılıq edəcək. Nümayəndə heyətinin tərkibinə xarici işlər nazirinin müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin də daxil olacaq.
Ukrayna nümayəndə heyətinin tərkibi hələ tam məlum deyil. Ona Vladimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermakın rəhbərlik edəcəyi gözlənilir. Zelenski cümə axşamı Ankarada olacaq və orada Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq.
Qeyd edək ki, Dolmabağça sarayında 2022-ci ilin martında da Rusiya-Ukrayna danışıqları keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top