38 il sonra bəraət aldı – Qətldə ittiham edilirdi


Böyük Britaniyanın Apellyasiya Məhkəməsi 38 il həbsdə yatmış 68 yaşlı Piter Sallivana qarşı haqsız qətl ittihamını ləğv edib.
Yeniavaz.com
xəbər verir ki, “The Guardian” qəzeti məlumat yayıb.
Məlumata görə, Piter Sallivan 1987-ci ildə Mersisayd ştatının Bebinqton şəhərində işdən çıxarkən öldürülən çiçəkçi, 21 yaşlı Dayan Sindallın vəhşicəsinə qətlində günahkar bilinib.
Sallivan həmişə günahsız olduğunu müdafiə edib və vəkilləri məhkəmənin qərarından iki dəfə apellyasiya şikayəti veriblər.
Lakin o, DNT testi sayəsində bəraət alıb. Belə ki, Cinayət İşlərinə Nəzarət Komissiyası tərəfindən sifariş edilən yeni testlər göstərib ki, o zaman saxlanılan nümunələrdə Sallivanın DNT-si olmayıb.
Kral Prokurorluğunun sözçüsü Dunkan Atkinson da apellyasiya məhkəməsində DNT testinin onun naməlum bir adama aid olduğunu göstərdiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top