
Ötən il Türkiyədə 937 min 559 uşaq dünyaya gəlib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, son bir ildə Türkiyədə doğulan uşaqların 1 797-nin anası, 157-nin isə atası Azərbaycan vətəndaşı olub.
Məlumat üçün bildirək ki, ana və atası Azərbaycan vətəndaşı olan yeni doğulan uşaqların sayı əvvəlki illə müqayisədə artıb. Belə ki, 2023-cü ildə ana və atası Azərbaycan vətəndaşı olan 1 772 uşaq doğulub və bunların da 1 637-nin anası, 135-nin isə atası azərbaycanlı olub.
Son 10 ildə Türkiyədə doğulan anası və atası Azərbaycan vətəndaşı olan uşaqların sayı belə olub:

Onu da bildirək ki, ötən il Türkiyədə anası Suriya vətəndaşı olan 7 546, Özbəkistan vətəndaşı olan 2 135, Türkmənistan vətəndaşı olan 1 604 uşaq dünyaya gəlib.
Murad Məmmədov