Rusiyaya qarşı yeni sanksiya paketinə 190-a yaxın tanker daxil olacaq


“Aİ-nin Rusiyaya qarşı sanksiyalarının 17-ci paketinə müxtəlif ölkələrin bayraqları altında Rusiya neftini daşıyan 189 tankerə qarşı məhdudiyyətlər daxildir”.
Yeniavaz.com
xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen “X” sosial şəbəkə hesabında bildirib.
“Biz Rusiyanın enerji ixracatını vurmaq üçün 189 tankeri qara siyahıya salmışıq”, - o qeyd edib.
Bu o deməkdir ki, qara siyahıya düşən tankerlərin Aİ limanlarına girişi qadağan ediləcək və Avropa şirkətlərinə bu gəmilərlə hər hansı əməliyyatlar qadağan ediləcək.
17-ci sanksiyalar paketi çərşənbə günü Aİ səfirləri tərəfindən təsdiqlənib və indi bu məhdudiyyətlər Aİ-nin xarici işlər nazirləri tərəfindən təsdiqlənməlidir. Bunun mayın 20-də baş verməsi gözlənilir. Bundan sonra sanksiyalar qüvvəyə minəcək.
Digər tərəfdən, Aİ üçüncü ölkələr vasitəsilə anti-Rusiya sanksiyalarından yayınmada iştirak etdiyi iddia edilən 30 hüquqi şəxsə məhdudiyyətlər tətbiq edəcək.
Sanksiyalar həmçinin Rusiya hərbi-sənaye kompleksi ilə əlaqədə olduğu iddia edilən 75 fiziki şəxsi və şirkəti hədəf alacaq.

DİGƏR XƏBƏRLƏR

Top