
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ Prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa onlayn formatda görüş keçiriblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb.
Ərdoğan görüşdə Trampın Suriyaya qarşı sanksiyaları ləğv etmək qərarının tarixi əhəmiyyət daşıdığını qeyd edib.
Ərdoğan Türkiyənin Dəməşq rəhbərliyinə terror təşkilatları, xüsusilə də İŞİD-lə mübarizəsində dəstəyini davam etdirəcəyini bildirib.
Ərdoğan ABŞ-nin Suriyaya qarşı sanksiyaları ləğv etmək qərarının sanksiyalar tətbiq edən digər ölkələr üçün nümunə olacağına inandığını ifadə edib.
Rusiya ilə Ukrayna arasında müharibə mövzusuna toxunan Türkiyə lideri bu məsələ ilə bağlı dərhal danışıqlara başlamağa çağırıb.
***11:48
ABŞ Prezidenti Donald Tramp Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.
Məlumata görə, iki ölkə liderlərinin göürüşü Ər-Riyadda ABŞ-Körfəz Əməkdaşlıq Şurasının sammiti ərəfəsində baş tutub.
Qeyd edək ki, bu, iki ölkə arasında son 25 ildə ilk belə görüşdür.


