Kann Film Festivalı 78-ci dəfə açılır

kannda həmas-ın hücumundan bəhs edən israil filmi ləğv edildi
Kann Film Festivalı çərşənbə axşamı 78-ci dəfə açılır.
Yeniavaz.com
xəbər verir ki, film festivalı Kot d'Azurun mənzərəli paytaxtında təxminən iki həftə ərzində, mayın 13-dən 24-dək, keçiriləcək.
Festivalın əsas mükafatı olan “Qızıl Palma budağı” artıq Kann festivalının iqamətgahına çatdırılıb. Mükafat, həmişə olduğu kimi, iki bərabər nüsxədə hazırlanmışdır.
Birincisi ənənəvi olaraq kino veteranlarından birinə verilir. Qeyd edək ki, 2025-ci ildə fəxri mükafat 1960-cı illərdə yaradıcılıq karyerasına başlayan və bir çoxu kino klassiklərinə çevrilmiş 110 tammetrajlı filmi özündə birləşdirən amerikalı aktyor Robert De Niroya verilib. Daha bir “Qızıl Palma budağı” on gün davam edəcək rəsmi müsabiqədən sonra veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top