“Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib?


Bu il ardıcıl olaraq 12-ci dəfə ölkə çempionu adını qazanan “Qarabağ” futbol klubu maliyyə hesabatını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, “Qarabağ Futbol Klubu” MMC-nin (VÖEN – 9900020601) 2024-cü ildəki xalis zərəri 876,9 min manat olub.
Qeyd edək ki, 2023-cü ildə “Qarabağ Futbol Klubu” MMC 1 milyon 782,3 min manat zərər etdiyini açıqlamışdı.
Ötən il “Qarabağ” klubunun cəmi gəlirləri 34,75 milyon manat təşkil edib və bu, 2023-cü illə müqayisədə 12,7% artım deməkdir.
Klubun bilet satışından əldə etdiyi gəlir 1 milyon 741,9 min manat, sponsorlardan gəlir isə 466,1 min manat olub. Gəlirlərin böyük hissəsini – 28,15 milyon manatı nümayiş hüququndan daxilolmalar təşkil edib.
Əldə olunan gəlirlərin yarıdan çoxu – 20,65 milyon manatı əməkhaqqı və mükafatlara sərf olunub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top