Bakıda “Legend Cup” adlı əfsanələr oyunu keçiriləcək


Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatına dəstək məqsədilə “Legend Cup” adlı oyun təşkil olunacaq.
Yeniavaz.com
xəbər verir ki, Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə keçiriləcək oyunda “Neftçi 2000-lər” komandası ilə “Premyer Liqa məşqçiləri” üz-üzə gələcək.
Mayın 19-da Milli Gimnastika Arenasında keçiriləcək qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.
“Neftçi 2000-lər” komandasının heyətində aşağıdakı adlar yer alır:
Zaur Tağızadə, Tərlan Əhmədov, Vidadi Rzayev, Mahmud Qurbanov, Ruslan Abışov, Mahir Şükürov, Samir Əliyev, Samir Ələkbərov, Bəxtiyar Musayev, Emin Quliyev, Rəşad Abdullayev, Rəşad Sadiqov, Rail Məlikov və Hüseyn Məhəmmədov (qapıçı).
Komandanın baş məşqçisi isə Ağasəlim Mircavadovdur.
“Premyer Liqa məşqçiləri” komandasının heyətində isə aşağıdakı adlar yer alır:
Qurban Qurbanov, Elçin Rəhmanov, Rəşad Sadıqov, Müşfiq Hüseynov, Samir Abasov, Fərhad Vəliyev (qapıçı), Elmar Baxşıyev, Əfran İsmayılov, Yunis Hüseynov, Vasiliy Berezutskiy, Ayxan Abbasov, Vaqif Cavadov, Elvin Məmmədov və Azər Bağırov.
Komandanın baş məşqçisi Kurban Berdiyevdir.
Oyunun hakimləri Anar Salmanov, Tahir Süleymanov və Babək Quliyev olacaq.

DİGƏR XƏBƏRLƏR

Top