
Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən keçirilən tender müsabiqəsinin nəticəsi ləğv olunub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin ləğv edilmə səbəbi kimi “Dövlət Satınalmaları Haqqında” Qanunun 33.10.-cu maddəsi göstərilib.
Qanunun qeyd olunan maddəsində göstərilir ki, tələb olunduğu halda, qalib təchizatçı uyğunluq sənədlərini yenidən təqdim etmədikdə və ya qalib təchizatçı müəyyən olunan müddətdə satınalma müqaviləsini imzalamadıqda və icra təminatını təqdim etmədikdə satınalma ləğv olunur.
Onu da qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin keçirdiyi tender müsabiqəsi Qaradağ rayonunda küçə və parklarda görüləcək abadlıq işlərilə bağlı olub və ehtimal olunan qiyməti 721 min 316 manat 30 qəpik olub.
Elnur Əli