Otellərdə bir gecəlik qiymət – Şuşada 165, Laçında isə 63 manat olub


Xəbər verdiyimiz kimi, bu ilin ilk rübü ərzində Şuşa şəhərində yerləşən otellərdə insanlar 8 min 285 gecə keçiriblər.
Yeniavaz.com
 açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Şuşadakı otellərdə bir gecə qalmağın orta qiyməti 165 manat olub.
Qeyd edək ki, bu məbləğə yalnız otağın qiyməti daxildir.
Onu da bildirək ki, bu ilin ilk rübündə Şuşadan başqa işğaldan azad olunan rayonlardan yalnız Laçındakı otellərdə gecələmə qeydə alınıb. İlk 3 ay ərzində Laçın otellərində 400 gecə keçirilib və bir gecənin orta qiyməti 63 manat olub.

Elnur Əli
 

DİGƏR XƏBƏRLƏR

Top