Dünya klublarının yeni reytinq cədvəli açıqlanıb – “Qarabağ” 10 pillə irəlilədi


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünya klublarının yeni reytinq cədvəlini açıqlayıb.
Yeniavaz.com
 xəbər verir ki, 499 klubun olduğu siyahıda Azərbaycan təmsilçisi “Qarabağ” 143,5 xalla 114-cü pillədə qərarlaşıb.
Əvvəlki siyahıda “Qarabağ” 124-ci pillədə yer alırdı.
Qeyd edək ki, “Qarabağ”dan başqa Azərbaycanın daha 3 klubu reytinq cədvəlində yer alıb. “Zirə” 94,5 xalla 233-cü, “Sabah” 69 xalla 360-cı, “Araz Naxçıvan” isə 58,75 xalla 454-cü sırada qərarlaşıb.
Məlumat üçün bildirək ki, sıralamada ilk 5 yeri bu komandalar tutur:
1. “Real Madrid” (İspaniya) – 490 xal;
2. “Barceloma” (İspaniya) – 434 xal;
3. “İnter” (İtaliya) – 390 xal;
4. “Arsenal” (İngiltərə) – 365 xal;
5. “Liverpul” (İngiltərə”) – 346 xal;
Bundan əlavə, siyahıda Türkiyənin “Fənərbağça” klubu 27-ci, “Qalatasaray” klubu isə 40-cı sırada yer alıb.

DİGƏR XƏBƏRLƏR

Top