Sovetdən qalan kosmik stansiya Hind okeanına düşdü – Azərbaycanın adı hallanırdı


1972-ci ildən Yer orbitində olan “Kosmos-482” sovet avtomatik stansiyası atmosferin sıx təbəqələrinə daxil olaraq Hind okeanına düşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Federal Kosmik Agentliyi (Roskosmos) məlumat yayıb.
“Mərkəzi Elmi-Tədqiqat Maşınqayırma İnstitutunun (TsNIIMaş ASC – Roskosmosun nəzarətində fəaliyyət göstərir) mütəxəssislərinin hesablamalarına görə, cihaz Moskva vaxtı ilə saat 9:24-də (Bakı vaxtı ilə 10:24) Orta Andaman adasından 560 km qərbdə atmosferin sıx təbəqələrinə daxil olub və Cakartanın qərbində Hind okeanına düşüb”, - məlumatda deyilir.
Qeyd edək ki, Sovet İttifaqı dövründə orbitə buraxılan “Kosmos-482”nin eniş modulunun Venera planetinə getməsi planlaşıdırılırdı, lakin texniki xəta onun Yer kürəsinin orbitində qalmasına səbəb olub.

Georgi Trişkin

Kosmik mövzularda yayımlar edən məşhur “Texasskiy vestnik” Teleqram kanalının sahibi Georgi Trişkin iddia edirdi ki, “Kosmos-482”nin qalıqları böyük ehtimalla quruya düşəcək. O, hətta qalıqların Misir, Suriya, Türkiyə və ya Azərbaycan marşrutu boyunca yaşayış massivlərinə düşmə ehtimalı olduğunu bildirirdi.

DİGƏR XƏBƏRLƏR

Top