
İran nüvə proqramı ilə bağlı böhranı həll etmək üçün bazar günü – mayın 11-də ABŞ ilə danışıqların dördüncü raundunu keçirməyə razılaşıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Bildirilib ki, Tehran danışıqların növbəti mərhələsinin Omanda keçirilməsinə razılıq verib.
Qeyd edək ki, ABŞ və İran Omanın vasitəçiliyi ilə İslam Respublikasının nüvə proqramı ətrafında yaranmış böhranın həlli üçün üç raund danışıqlar aparıb. Birinci görüş aprelin 12-də Maskatda, ikincisi aprelin 19-da Romada, üçüncüsü isə yenidən aprelin 26-da Maskatda baş tutub. Danışıqlarda İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, Amerika nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff başçılıq edib.
Mayın 1-də Omanın xarici işlər naziri Bədr əl-Busaidi bildirib ki, ABŞ-İran danışıqlarının mayın 3-nə planlaşdırılan növbəti raundu logistik səbəblərə görə təxirə salınıb.