Müasir aviasiya tarixinin ən böyük döyüşü Pakistan və Hindistan arasında baş tutub – KİV


Pakistan və Hindistanın hava qüvvələri müasir aviasiya tarixinin ən böyük və ən uzun hava döyüşünü həyata keçirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə CNN telekanalı Pakistan təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, bir saatdan çox davam edən döyüşdə ümumilikdə 125 qırıcı iştirak edib.
Telekanalın mənbəsi iddia edib ki, onlar 160 km-ə çatan məsafədən bir-birilərinə zərbələr endiriblər.
O, 2019-cu ildə baş vermiş insidentlə əlaqədar tərəflərin sərhədi keçməkdən çəkindiyini bildirib.
Belə ki, həmin insidentdə Hindistana məxsus döyüş təyyarəsi Pakistan ərazisində qəzaya uğramış və Pakistan qüvvələri ələ keçirilən hindistanlı pilotu tezliklə vətəninə qaytarmışdı.
Qeyd edək ki, bundan əvvəl Pakistanın Baş naziri Şahbaz Şərif Pakistan Hərbi Hava Qüvvələrinin Hindistanın 80 qırıcı təyyarəsinin iştirak etdiyi hava hücumunu dəf etdiyini və hücumun çərşənbə günü gecə baş verdiyini bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top