
Türkiyənin iqlim, şəhərsalma və ətraf mühit naziri Murat Kurum Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Kahramanmaraşda inşa edilən “Azərbaycan Məhəlləsi”nin kadrlarını yayıb.
Yeniavaz.com xəbər verir ki, nazir həmin görüntüləri “X” hesabında paylaşıb.
“Kahramanmaraşın ürəyində qardaşlığımızın simvolunu yenidən ayağa qaldırdıq!” – Kurum qeyd edib.
Həmin kadrları təqdim edirik: