“ABŞ İranın nüvə gücünə malik olmasına qarşı deyil” – Vens

“onları bir araya gətirməyə çalışacağıq” – vens rusiya-ukrayna barədə
“ABŞ İranın nüvə enerjisi proqramına malik olmasına etiraz etmir, lakin Tehranın uranı zənginləşdirməməkdə israrlıdır”​​​​​.
Yeniavaz.com
xəbər verir ki, bunu Vaşinqtonda Münhen Təhlükəsizlik Konfransının təşkil etdiyi forumda İran ətrafında yaranmış vəziyyəti şərh edən Amerika vitse-prezidenti J.D.Vens deyib.
“Onlar mülki nüvə enerjisinə sahib ola bilərlər. Biz bunun əleyhinə deyilik. Bizim təklifimiz çox sadədir: İnsanların nüvə enerjisi istəyib-istəməməsi bizi maraqlandırmır. Biz buna etiraz etmirik. Amma siz nüvə silahı hazırlamağa imkan verən uranın zənginləşdirilməsi proqramına malik ola bilməzsiniz. Biz xətti buradan çəkirik”​​​​​, - Vens deyib.
“İranla danışıqların nəticəsini əvvəlcədən mühakimə etmədən deyim ki, indiyə qədər hər şey yaxşı gedir. İranlıların qeyd etdiyimiz bəzi məqamlara necə reaksiya verməsindən çox məmnun olduq. İndiyə qədər biz düzgün yoldayıq”, - vitse-prezident vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top